Ərdoğanın Bakı planları

Ərdoğanın Bakı planları
16:46 15 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

"TANAP-ın həyata keçirilməsindən sonra Türkiyə və Azərbaycanın mövqeyi güclənəcək".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu nöqtədə 2015-ci il mühüm önəm daşıyır.

"Bakı-Tbilisi-Ceyhan dəmir yolu xətti isə bu ilin sonunda istifadəyə hazır hala gələcək. İnşallah, Allah ömür verərsə bu layihəni həyata keçirəcəyik. Bu isə Pekin-İstanbul xəttinin açılması mənasına gəlir. Marmaray xəttinin istifadəyə verilməsi ilə birlikdə bu xətt hazırda işlək vəziyyətə gəlib çatıb. Bu xətt Pekin, Bakı və İstanbulu bir-birinə bağlayacaq. Bunlar çox böyük yatırımlardır. Biz də böyük qururla bu yatırımları həyata keçirik".

Türkiyə prezidenti, həmçinin qeyd edib ki, Bakı-Tiblisi-Ceyhan və Bakı-Tiblisi-Ərzurum boru xəttləri isə onlar üçün strateji önəmini qoruyur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR