TBM - Tunel Qazma Maşını

TBM - Tunel Qazma Maşını
10:32 30 May 2019
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin və regionlarının sürətli iqtisadi inkişafı, əhalinin sayının artması, müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi, nəqliyyat vasitələrinin sayının çoxalması, yol hərəkətini kəskin şəkildə intensivləşdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində, 14 il ərzində 12300 km yol çəkilib. 2019 - cu il bu rəqəm təqribən 15000 km - ə çatacaq. Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015 - ci ildə 461 km təşkil edirdisə, 2019 - cu ildə 448.5 km artaraq, 909,5 km olub. 2006 - cı ildə Xınalıq kəndinə Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilməsi,  "Şahdağ" qış - yay turizm kompleksinə çəkilən avtomobil yolu, ən ucqar dağ kəndlərinədək çəkilən abad yollar, turizm sektorunun inkişafı üçün hərtərəfli imkanlar yaradıb.

Müstəqillik tariximizin möhtəşəm layihələrindən olan Bakı - Tbilisi - Qars dəmir yolu xətti 2017 - ci ilin oktyabr ayında Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimlə istifadəyə verilib. Asiya ilə Avropanı birləşdirən Bakı - Tbilisi - Qars dəmir yolu xətti Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilib. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı - Tbilisi - Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Ümumi uzunluğu 846 kilometr olan Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu dəmir yolu ölkəmizdə tranzit yükdaşımaların artmasına, turizmin inkişafına güclü təsir göstərəcək. Bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Ölkəmizdə avtomobil və dəmir yolu tunelləri əsasən bir üsulla inşa edilir. Paralel svay vurma, paralel svaylar arasında olan süxurun qazılması və paralel svayların üzərinə dəmir beton plitələrin əlavə edilərək, tunelin tamamlanması. Əhalinin sayının çox olduğu, müxtəlif təyinatlı binaların bir - birlərinə yaxın inşa edilmiş şəhərlərdə, bu üsulu tətbiq etmək faizi aşağıdır. Beynəlxalq təcrübədə, avtomobil, dəmir yolu və metro tunelləri inşasında əsasən iki üsul daha çox tətbiq edilir. Tətbiq edilən iki üsuldan, biri TBM adlanır.

TBM ( Tunnel Boring Machine ) - Tunel Qazma Maşınının tarixi, TBM ilə inşa edilmiş avtomobil, dəmir yolu, metro tunelləri barədə və TBM - in təsviri, ölkəmizdə haralarda tətbiq edilə biləcəyi haqda oxucuların diqqətinə çatdırıram. 

İlk müvəffəqiyyətli TBM qalxanı Sir Marc Isambard Brunel tərəfindən 1825 - ci ildə Thames Tunnel - ni- qazmaq üçün hazırlanmışdır. Lakin bu yalnız qalxan konsepsiyasının ixtirasıdır və tam tunel qazma maşınının hazırlanmasını nəzərdə tutmur. Thames Tunnel - i sonra o vaxtkı standart qazıntı üsulları ilə həyata keçirildi.

Henry - Joseph'in Maus'un Dağ Dilimləyicisi adlandırılan tunel qazma maşını, Fransa və İtaliya arasında Fréjus Rail Tunnel - ni qazmaq üçün, 1845 - ci ildə Sardiniya kralı tərəfindən sifariş edilib, 1846 - cı ildə Turin yaxınlığında bir silah zavodunda hazırlanmışdır. Bu tunel qazma maşını, lokomotiv ölçülü maşının önünə quraşdırılmış 100 - dən çox kəsici dişlərdən ibarət olub, mexaniki olaraq çalışırdı. 1848 - ci ilin inqilabları maliyyələşdirməyə təsir etdi və tunel tamamlanmadı. 

Müasir TBM - lərin  işləmə mexanizminə yaxın ilk tunel qazma maşını ABŞ - da, 1853 - cü ildə şimal - qərbdə yerləşən Hoosac Tunnel - nin tikintisi üçün, ixtiraçı Charles Wilson tərəfindən hazırlanıb. 1856 - cı ildə Wilson Patentli Daş Kəsmə Maşını adlandırılıb.  Herman Haupt adlı inşaat mühəndisi, bu TBM ilə 3 metr tunel qaza bilib. Hoosac Tunnel - i 20 ildən sonra tamamlandı və o vaxtkı standart qazıntı üsulları ilə inşa edildi.

1870 - ci ildə İngiltərədən olan John D. Brunton, TBM - in ön hissəsində dönən dairəvi çarxın üzərində quraşdırılmış qələm şəklində olan kəsici dişləri, dönən dairəvi kəsici dişlər ilə əvəzlədi. Çarxın üstünə ekssentrik ( qeyri mərkəzi, mərkəz xarici ) quraşdırılan dönən dairəvi kəsici dişlər TBM - in  38 metr tunel qaza bilməsinə imkan yaratdı. Yumşaq və orta sərt qayaların qazılmasında uğurlu nəticə əldə olundu.

Mühüm bir məsafə tunel qazan ilk TBM, 1863 - cü ildə ixtira edildi ve 1875 - ci ildə İngiltərə ordusundan olan Frederick Edward Blackett Beaumont tərəfindən inkişaf etdirildi. Frederick Edward Blackett Beaumontonun TBM - i  1880 - cı ildə İngiltərə ordusundan olan Thomas English tərəfindən daha da inkişaf etdirildi. 

1875 - ci ildə Fransa Milli Assambleyası İngilis kanalı altında bir tunelin inşasını təsdiqlədi və Britaniya Parlamenti sınaqın keçirilməsinə icazə verdi, Layihə üçün Böyük Britaniyanın TBM - i seçildi. 1882 - ci ilin iyunundan 1883 - cü ilin mart ayına qədər, Böyük Britaniyanın TBM - i ilə 1840 metr tunel qazıldı. Eyni vaxtda Sangatte - dən Fransız tərəfdən, Suez Canal ( Süveyş Kanalı ) podratçısı kimi bilinən Fransız mühəndis Alexandre Lavalley də Böyük Britaniyanın TBM - i ilə 1669  metr tunel qazmışdı. Lakin bu müvəffəqiyyətlərə baxmayaraq, İngilis hərbiçilərinin tuneli işğal marşrutu kimi istifadə edəcəyinə dair qorxu qaldıqdan sonra 1883 - cü ildə bu tunel layihəsi tərk edildi. Bununla birlikdə eyni vaxtda Birkenhead ile Liverpool arasında Mersey River altından keçən, Böyük Britaniyanın TBM - i ilə diametri 2.1 metr və uzunluğu 2000 metr olan dəmir yolu havalandırma tuneli çəkildi.

19 - cu əsrin sonu və 20 - ci əsrin əvvəllərində ixtiraçılar dəmir yolları, metro, kanalizasiya, su təchizatı və sair üçün tunellərə olan ehtiyaclara cavab olaraq TBM - lərin dizaynını, qurulmasını və sınaqdan keçirilməsini davam etdirdi. Müasir TBM - lər patentləşdirildi.

14.4 metr diametri olan bir TBM Kanadanın Niagara Tüneli Layihəsi üzrə Robbins Şirkəti tərəfindən istehsal edilmişdir. Bu maşın Niaqara Şəlaləsi altında bir hidroelektrik tunel qazmaq üçün istifadə edilmişdir. TBM  "Big Becky" adlandırıldı.

Herrenknecht AG şirkəti tərəfindən istehsal edilmiş, Martina kimi tanınan dünyanın ən böyük sərt qaya TBM - nin diametri 15.62 metr, ümumi uzunluğu 130 metr, ümumi çəkisi 4500 tondur. İtaliya Ticarət Şirkəti Toto S.P.A. Costruzioni Generali (Toto Group) tərəfindən, Floransa yaxınlığında yerləşən İtalyan Motorway Pass A1 ("Variante di Valico A1") Sparvo qalereyası üçün işlədilir, idarə olunur.

2013 - cü ildə 17.45 metr diametrində, yerüstü təzyiq balansı olan, Bertha kimi tanınan TBM , Hitachi Zosen Korporasiyası tərəfindən istehsal edilmişdir . Highway 99 Tunnel layihəsi üçün Vaşinqtona çatdırıldı. Maşın 2013 - cü ilin iyul ayında fəaliyyətə başlamışdır , lakin 2013 - cü ilin dekabrından ,  2016 - cı ilin yanvar ayına qədər dayandırılmış TBM əsaslı təmir tələb etmişdir . Bertha TBM 4 aprel 2017 - ci ildə tunel qazmağı başa çatdırmışdır .

Herrenknecht AG şirkəti həm də 17.6 metr diametrli palçıq TBM - ni istehsal edib .  Fransanın tikinti şirkəti Dragages Hong Kong tərəfindən Honkonqdakı Tuen Mun Chek Lap Kok bağlantısı , əlaqəsi üçün işlədilir , idarə olunur .

2016 - cı ildə istismara təqdim olunan , Qardaş Türkiyə Respublikasının  İstanbul şəhərində, dənizin 106 metr dərinliyindən keçən Avrasya avtomobil tuneli , Herrenknecht AG şirkətinin istehsalı olan , diametri 13.7 metr , uzunluğu 120 metr , ağırlığı 3300 ton olan , Yıldırım Bayezid  adı verilən TBM ilə qazılmışdır . TBM - i mühəndis Dr. Ersin Arıoğlu rəhbərliyi ilə Yapı Merkezi İnşaat ve San. A.Ş. və SK Engineering & Construction Co. Ltd ortaq işlədib , idarə edib .

Herrenknecht AG şirkəti , Sankt-Peterburqdakı bir layihə olan Orlovski Tuneli üçün diametri 19.25 m olan  Soft Ground TBM - nin dizaynını hazırldı , lakin istehsal etmədi .

TBM - Tunel Qazma Maşını ilə inşa edilmiş digər tunellər bunlardır .

1. New York - East Side Access = 2 km

2. New York - Second Avenue Subway Phase 1 = 3 km     

3. London - Crossrail = 22 km      

4. San Francisco  - Central Subway = 2.7 km     

5. Singapore - Singapore Downtown MRT Line = 42 km     

6. Amsterdam - Amsterdam North South Line = 9.5 km      

7. Auckland - City Rail Link = 3.4 km      

8. Budapest - Budapest Metro Line 4 = 7.4 km     

9. Paris - Paris Metro Line 14 = 9 km    

10. Copenhagen  - Copenhagen Circle Line = 15.5 km        

11. Barcelona - Barcelona L9/10 = 47.8 km   

12. Naples - Naples Metro Line 6 = 5 km      

13. Milan - Milan Metro Line 5 = 5.6 km  

14. Barcelona - Barcelona Sants - La Sagrera Tunnel = 5.8 km  və  sair .

Köstəbək deyədə adlandırılan Tunel Qazma Maşınlarının diametrləri 1 metrdən , 17.6 metrədək dəyişir. İstifadə olunan TBM - lərin tipi , layihənin xüsusi geologiyasına , yeraltı suyun miqdarına və sair digər amillərə bağlıdır . TBM - lər bu cür təsnifatlanır .

1. Single Shield TBM ( Tək Qalxanlı TBM ) 

2. Double Shield TBM ( İkiqat Qalxanlı TBM )  

3. Mixed Tunnel TBM ( Qarışıq Tunel TBM )  

4. Hard Rock TBM ( Sərt Qaya TBM )  

5. Soft Ground TBM ( Yumşaq Torpaq TBM )  

6. EPB TBM ( Torpaq Təzyiq Tarazlığı olan TBM ) 

7. Slurry Shield TBM ( Palçığa ( Zığa ) qarşı Qalxanlı TBM )  

8. Micro Tunnel Shield TBM ( Mikro Tunel Qalxanlı TBM )  

9. Open Face TBM ( Açıq Üz TBM ) və sair .

Müasir TBM - lərin ümumi xüsusiyyətləri , görünüşü bu şəkildə olur . 

1. Öndə olan dairəvi çarx ( kəsici başlıq və ya kəsici diskdə adlandırmaq olar )  

2. Çarxın üstünə ekssentrik ( qeyri mərkəzi , mərkəz xarici ) quraşdırılan dönən dairəvi kəsici dişləri  

3. Çarxın mühərriki  

4. Hidravlik qollar 

5. Dairəvi şəkildə yerləşən hidravlik qolların mərkəzində olan , dairəvi dönə bilən yük kranı  

6. Qazılmış süxuru çölə yönəldən konveyer lenti , kanalı  

7. Məngənə ayaqları  

8. TBM - in  İdarəetmə Mərkəzi   

9. Havalandırma sistemi  

10. Dəmir beton plitələri yük kranına gətirmək üçün dəmir yol xətti  

11. Qazılmış süxuru daşımaq üçün kiçik yük vaqonları 

12. Konteyner otaqlar , işçilərin qarderobu , yemək və isirahət otaqları  

13. Elektrik generatorları 

14. VMT naviqasiya sistemi və sair . 

Müasir Tunel Qazma Maşınlarının iş ardıcıllığı bu şəkildədir . 

TBM - in  önündə olan dairəvi çarx süxurla təmasa keçir , saat əqrəbi istiqaməti və ya əks istiqmətə doğru dönərək süxuru qazır . Qazılmış süxur kanal vasitəsilə çölə yönləndirilir . Çarxın mühərrikinin ardında olan hidravlik qollar N bar təzyiqnən açılaraq , TBM - in irəliləməsini təmin edir . Hidravlik qollar tam açıldıqda , əvvəlcədən tunelin eni və uzunluğuna görə hazırlanmış dəmir beton plitələr , dəmir yol xətti ilə , dairəvi şəkildə yerləşən hidravlik qolların mərkəzində olan yük kranına gətirilir. Yük kranı dəmir beton plitələri götürüb , dairəvi dönərək , hidravlik qolların mərhələli şəkildə bağlanması zamanı yaranan boşluğa yerləşdirir və bərkitmə işləri icra edilir . Bu şəkildə dəmir beton plitə halqa tamamlanır . TBM haqda @tunel36 İnstagram səhifəsində video və səkillər yerləşdirilib .

TBM - lərin istifadəsi yüksək təzyiqli yerlərdə çox sayda işçiyə olan ehtiyacı ortadan qaldırarkən , yüksək təzyiq bəzən Slurry Shield TBM - lərin kəsmə başlığında Kesson sistemi ( Sualtı əsas işlərdə istifadə olunan sandıq , otaq ) yaradır . Təftiş, baxım və təmir üçün bu məkana girən işçilər , peşəkar dalğıç geyimində olmalıdırlar . Peşəkar dalğıc , qıfılların istifadəsi və sair vacib təlimlərdən keçməlidirlər .

Open Face TBM ( Açıq Üz TBM ) - lərin görünüşü və iş ardıcıllığı digər TBM - lərdən fərqlidir . Bu TBM - lərin önündə dairəvi çarx olmur ,  mərkəzində tək bir qol və qolun başlığında kəsici dişlər olur . TBM qalxanı yumşaq torpağa təmasa keçir , qol dairəvi dönərək yumşaq torpağı 150 mm qazır . Bəzən Open Face TBM - lərdə iki qol olur və bu TBM - lərin fərqli çeşidləri də var .

Şirkətlər tunel layihəsinə başlamamışdan əvvəl tədqiqatlar aparırlar . İşin icrasına , layihənin həyata keçirilməsinə heç bir məhdudlaşdırıcı səbəb və müddəalar olmadığı təqdirdə , tunelin inşa metodunu müəyyənləşdirmək üçün araşdırmalara davam edirlər . Tədqiqatlara təsir göstərən parametrlər və onların xərclərə təsirləri hesablanılır . Layihənin xüsusi geologiyası , yeraltı suyun miqdarı , qazıntı aparılan zaman torpaq təzyiq tarazlığı , partlayıcı maddələrin istifadəsinin qarşısını alan səbəbləri , tunelin eni və uzunluğu , iş saatları , işin icra müddəti , yolun eyilmə faizi və sair geniş araşdırmalar aparılır .

Müasir üsullarla tunel inşa edən zaman , ilk növbədə fövqəladə hallarda insanların təhlükəsiz evakuasiyasının təmin edilməsi üçün çıxışların , sığınacaqların inşası mütləqdir . Xüsusilə dəniz altında inşa edilən tunellərdə evakuasiya məsələlərinə ciddi yanaşılmalı , ən yüksək səviyyədə insanların təhlükəsizliyi təmin edilməlidir.

Xarici ölkələrdə istismarda olan , TBM ilə inşa edilmiş avtomobil tunelləri müasir texniki avadanlıqlarla təchiz olunub . Avtomobil tunelinin idarəetmə binası , Yol boyunca müasir işıqlandırma sistemi , Yol boyunca müasir havalandırma sistemi , Yanğın söndürmə avadanlıqları , Müşahidə Kameraları , İdarəetmə binası ilə əlaqə qurmaq üçün telefonlar , Yol boyunca 500 metrdən bir , qəzalı və ya nasaz olan nəqliyyat vasitələrinin dayanması üçün ciblər , Yol boyunca elektron lövhələr , Avtomobil tunelini tam enerji ilə təmin edəcək Elektrik generatoru , Yeraltı suların (qrund və laylararası suların) yığılması üçün hovuzlar , Çirkab su xətləri , Hovuzlardakı suların , çirkab su xətlərinə yönəldən su mühərrikləri və sair.

TBM ilə həm Bakı şəhərində , həm də regionlarımızda avtomobil və dəmir yolu tunelləri inşa edilə bilər . İlk öncə tunelin inşa edilməsi nəzərdə tutulan ərazinin əlaqəli Dövlət qürumları və TBM - Tunel Qazma Maşını vasitəsi ilə tunel inşa etmiş xarici ixtisaslaşmış şirkətlərin mütəxəssisləri və Azərbaycan , Norveç , Avstriya , Yapon geoloqlarının birgə qrup şəklində hərtərəfli araşdırmasına ehtiyac var . Bu qrup tərəfinnən ilk öncə Bakı şəhərinin geologiyasının , yeraltı qrunt suların , yeraltı çayların xəritəsi tərtib olunması vacibdir . Bu xəritələrin köməyi ilə Bakı şəhərinin hansı ərazilərində qaya sərtdir və ya süxur yumuşaqdır , yeraltı qrunt sularının səviyyəsi azdır və ya yeraltı çayların olduğunu və sair vacib məlumatları bilib , ona uyğun inşaat işlərini icra etmək olar .

Bakı şəhərində keçirilən Dövlət və Beynəlxalq tədbirlər zamanı , nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı Neftçilər prospekti 1860 - cı illərdə inşa edilib . Neftçilər prospektinə alternativ olaraq , TBM - Tunel Qazma Maşını ilə avtomobil tuneli inşa edilə bilər . 

1. Səbail rayonu Bayıl dairəsinə yaxın ərazidən Bakı dairəvi avtomobil yoluna ,  hər birinin uzunluğu  2.5 km , hər birinin diametri 9 metr olan iki paralel tunel .

2. Səbail rayonu Bayıl dairəsinə yaxın ərazidən , Yasamal rayonu Badamdar dairəsinə yaxın əraziyə , hər birinin uzunluğu  1.8 km , hər birinin diametri 9 metr olan iki paralel tunel və sair təklifləri Neftçilər prospektinə alternativ yol kimi misal olaraq göstərmək olar .

Təhlükəsizliyə görə inşasın dəstəkləmirəm , amma ideya kimi bunu qeyd etmədən də davam etmək istəmirəm. Səbail rayonu Su İdman Sarayına yaxın ərazidən , Ağ şəhər Boulevard hotel - ə yaxın əraziyə , Dənizkənarı Bulvara paralel , dəniz altından keçən , hər birinin uzunluğu  7 km , hər birinin diametri 9 metr olan iki paralel tunel . Eyni İstanbul şəhərində , dənizin 106 metr dərinliyindən keçən Avrasya avtomobil tuneli kimi .

Dənizkənarı Bulvarın , Neftçilər prospektinin , həmçinin Teleqüllədən , Flarmoniya , İçərişəhər metrostansiyası  , İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu , Qız qalasl , Sahil metrostansiyası , Hökumət Evi , Bakı Dəniz Vağzalına qədər olan ərazinin altından tunel inşa etmək doğru deyil . Bir dövlət strateji obyektində , fövqəladə hallarda ( zəlzələ və sair ) baş verə biləcək qəza , digər  dövlət əhəmiyyətli , strateji , tarixi obyektlərdə zəncirvari qəzaya səbəb olmasından yayınmaq lazımdır. 

Beynəlxalq təcrübədə ,  avtomobil , dəmir yolu və metro tunelləri inşasında əsasən iki üsul daha çox tətbiq edilir . Tətbiq edilən iki üsuldan , biri olan TBM - i Sizlərə təqdim etdim . Digər ikinci üsulun geniş elmi araşdırmasın tamamladıqdan sonra Sizlərə təqdim edəcəm . İkinci üsulu , TBM ilə paralel tətbiq etməklə Quba - Qusardan , İsmayıllı - Qəbələyə doğru Böyük Qafqaz dağlarının altından keçən həm avtomobil , həm də dəmir yolu tunelləri inşa edilə bilər. Azərbaycan Respublikasının , yaxın gələcəkdi bu layihələri həyata keçirəcəyinə inanıram .

Sizlərə təqdim etmək üçün 1:100 nisbətində TBM - Tunel Qazma Maşınının maketi , elmi məqalənin müəllifi tərəfinnən hazırladılıb.

Diqqətinizə görə təşəkkür edirəm.

Elmi məqalənin müəllifi - Cəfərov Hikmət Arif oğlu.

Elmi məqalə Azərbaycan Respublikası Müəllif  Hüquqları Agentliyində qeydiyyatdan keçib.

Ardı var ...

https://www.youtube.com/watch?v=tXce5VLceJc


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/759055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR