KOBİA-da keçirilən təlimlər başa çatdı

Cari ildə özünüməşğulluq proqramına cəlb edilmiş işsiz və işaxtaran vətəndaşlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən keçirilən təlimlər başa çatıb.

Metbuat.az xəbər verir ki, təlimlər Bakı ilə yanaşı, Gəncə şəhərində, Yevlax, Qəbələ, Quba, Qusar, SiyəzənXaçmaz rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində təşkil edilib

İştirakçılara Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər, dəstək tədbirləri, həmçinin “KOB Dostu” mexanizmi barədə məlumatlar verilib. Təlimlər zamanı özünüməşğulluq proqramı, biznes planların hazırlanması və hüquqi məsələlər də tədris olunub.

Qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, Agentliyin “KOB Dostları”na da müraciət edə bilərlər. “KOB Dostları”na müraciət edən şəxslərə özünüməşğulluq proqramı barədə ətraflı məlumatlar verilir, onların proqrama qoşulmasına dəstək göstərilir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR