Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma başa çatır

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək qayğısı bu kateqoriyalardan olan vətəndaşlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımların atılmasına imkan verib.

Metbuat.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadənxəbər verir ki, bir sıra bərpa müəssisələrində olduğu kimi, Yevlax Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində də yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır. Bu məqsədlə müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir.

Müəssisə Yevlax rayonunda və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Burada bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında və müasir avadanlıqlardan istifadə olunmaqla vətəndaşlara kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin əlilliyi olan şəxslərin müalicə idmanına cəlb olunması, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər aparılacaq.

Mərkəzdə müvafiq sahədə müasir metodika və texnologiyalardan da geniş istifadə ediləcək. Əsaslı təmir və yenidənqurma işləri zaman müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin təmin edilməsi, burada onların maneəsiz hərəkət imkanlarına malik olmaları da diqqətdə saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR