Özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlər başa çatdı

Bakı şəhəri üzrə özünüməşğulluq proqramına cəlb edilmiş işsiz və işaxtaran vətəndaşlar üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) təşkil olunan təlimlər yekunlaşıb.

KOBİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə keçirdiyi təlimlər Bakı şəhəri ilə yanaşı, Gəncə şəhərində, Yevlax, Qəbələ, Quba, Qusar, SiyəzənXaçmaz rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində də təşkil edilib. İştirakçılara özünüməşğulluq proqramı, biznesə başlama və biznesin təşkili, biznes planların hazırlanması barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bakıda keçirilən təlimin sonuncu günü KOBİA-nın şöbə müdiri Nicat Əlizadə təqdimatla çıxış edərək Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər, dəstək tədbirləri, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib.

Qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA 3 istiqamətdə özünüməşğulluğa dəstək göstərir. Bunlar özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin təşkili, təlim iştirakçılarının mikro və kiçik biznes subyektinə çevrilmələri üçün məsləhət və digər xidmətlərin göstərilməsi, proqrama qoşulmaq istəyən şəxslər üçün məşğulluq mərkəzləri ilə yanaşı, KOB dostlarına müraciət etmək imkanının yaradılmasıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR