Bakıda qəza - ər-arvad xəsarət aldı

Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.

Metbuat.az-ın məlumatına görə, qəza ötən gecə Səbail rayonu Şıx qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində 1966-cı il təvəllüdlü Hüseynov Fikrət Tanrıverdi oğlu qarın nahiyəsinin küt travması və həyat yoldaşı, 1967-ci il təvəllüdlü Hüseynova Rahilə Telman qızı döş qəfəsinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşalrı cəlb olunublar, qəzanın səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR