Narkotik yetişdirən şəxs saxlanılarkən polisə bıçaqla müqavimət göstərdi

Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülmüşdür.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gəlmiş Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərmişdir.

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulmuşdur.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR