Şaolin döyüş sənəti idman növü üzrə açıq birinciliyi keçirilib (FOTO)

Şaolin döyüş sənəti idman növü üzrə açıq birinciliyi keçirilib (FOTO)
17:03 15 Yanvar 2015
132 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun “20 yanvar” Şəhidlərinin 25 illiyinə həsr olunan şaolin döyüş sənəti idman növü üzrə açıq birinciliyi keçirilib.

Trend-in məlumatına görə, turnirdə iştirak edən idmançılar öncə Şəhidlər Xiyabanını ziyarət etmiş və daha sonra yarışlara start verilib.

Azərbaycan Texniki Universitetinin idman zalında keçirlən çempionatda paytaxt və respublikanın digər şəhər və regionlarından olan 11 komandadan 101 idmançı mübarizə aparıb. Turnirdə kiçik yaşlı yeniyetmələr, yeniyetmə və gənclər arasında bütün yaş qrupu və çəki dərəcələri üzrə idmançılar qüvvələrini sınayıblar.

Məqsəd İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda ən güclü idmançıları aşkara çıxartmaq, milli komandaya yeni idmançıları cəlb etməklə yanaşı kiçik kadetlər, kiçik yeniyetmələr ,yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsinə zəmin yaratmaqdır.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib adı qazanan idmançılara diplom, kubok qiymətli hədiyyələrlə təltif olunub. Eyni zamanda yarışda fərqlənən ən texnikalı, ən gənc və ən əzimkar idmançılara, həmçinin, hər yaş qrupunda seçilən məşqçilərə və hakimlərə klub tərəfindən mükafatlar təqdim olunub.

Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən ədalət prinsiplərinə sadiq idmançı məşqçi və hakim naminasiyası üzrə xüsusi mükafatlar təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2353694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR