İxtira ilə bağlı ödəniləcək haqlar müəyyən edildi

Nazirlər Kabineti “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”ni təsdiq edib.

Metbuat.az-ın məlumatına görə, bu qaydalara əsasən, ixtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün haqq 10 manatdır.

Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün haqq 50 manat, iddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklər edilməsi üçün 10 manat, ilkin istifadəçinin hüquqlarının tanınması məqsədilə onun iddiasına baxılması üçün 25 manat müəyyən edilib.

İxtira patentinin qüvvədə saxlanılmasına görə ödəniləcək haqqın məbləği 3-cü ildən 10-cu ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, 11-ci ildən 20-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, 21-ci ildən 25-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manatdır.

Əmtəə nişanına dair hüquqların verilməsi barədə və qeydə alınmış lisenziya
müqavilələrində dəyişikliklərin aparılması üçün ödəniləcək haqq 11 manat, əmtəə nişanı üçün 95 manat, iddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün 40 manat və s-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR