İrandan qəfil gediş

İrandan qəfil gediş
17:06 15 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri cümə günü Fransada İran xarici işlər naziri Məhəmməd Javad Zəriflə görüşə bilər.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri bu baradə bu gün Sofiyada keçirdiyi mətbuat konfransında bildirib.

"Hələ ki, Paris görüşü barədə yekun qərar verilməyib. Görüş mümkündür, amma hələ heç nə həll edilməyib. Görüş baş tutmaya da bilər", - deyə o vurğulayıb.

2013-cü ilin noyabr ayında Cenevrədə İranla altı vasitəçi ölkə (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Almaniya) arasında əldə edilən anlaşmaya görə, Tehranla nüvə sənayesinin tamamilə sülh zəmanətli olmasına zəmanət verən saziş bağlanmalıdır. Əvəzində İrana qarşı tətbiq edilən bütün sanksiyalar ləğv edilməliydi. Amma hələ ki, saziş bağlanmayıb və danışıqlar bu barədə olmalıdır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR