Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb

Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb
21:22 1 İyun 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası MacarıstanSlovakiya ilə AVRO-2020-nin seçmə qrup oyunlarından əvvəl yoxlama matçı keçirib.
"Report"un məlumatına görə, rəqib Azərbaycanın U-21 yığması olub. Qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-ci dəqiqədə Dmitri Nazarov penaltidən fərqlənib. 80-ci dəqiqədə Ağabala Ramazanov da penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqə isə Araz Abdullayev fərqi daha da artırıb.
Baş məşqçi Nikola Yurçeviç start heyətdə aşağıdakı "11-liy"i meydana buraxıb..
1. Səlahət Ağayev. 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 3. Şəhriyar Rəhimov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 10. Mahir Emreli, 17. Aleksey İsayev, 13. Dmitri Nazarov, 11. Renat Dadaşov
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək. U-21 isə Avropa çempionatının seçmə mərhələsində ilk oyunu iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisi-yoxlama-oyununda-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR