Millimizdən 3:0 hesablı qələbə

Millimizdən 3:0 hesablı qələbə
22:22 1 İyun 2019
158 İdman
Ölkə mətbuatı
A- A+

Avro-2020-nin seçmə mərhələsinin MacarıstanSlovakiya ilə oyunlarına hazırlaşan milli komandamız yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Nikola Yurçeviçin başçılıq etdiyi komandamız toplanış çərçivəsində U-21 yığmamızla qarşılaşıb. "Dalğa Arena"dakı görüş əsas millinin 3:0 hesablı qələbəsi yekunlaşıb. Qolları Dmitri Nazarov, Ağabala RamazanovAraz Abdullayev vurublar.

1 iyun

Yoxlama oyunu

Azərbaycan (əsas milli) - Azərbaycan U-21 - 3:0
Qollar:
 D. Nazarov, 62-penalti (1:0), A. Ramazanov, 80-penalti (2:0), A. Abdullayev, 84 (3:0)


Qeyd edək ki, millimiz iyunun 8-də Bakıda Macarıstanı, 4 gün sonra isə Slovakiyanı qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/759772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR