Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda qalib gəlib

Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda qalib gəlib
22:43 1 İyun 2019
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 1-də “Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Dmitri Nazarov və Ağabala Ramazanov penalti zərbələrini dəqiq yerinə yetiriblər. Digər qolu isə Araz Abdullayev vurub.

Oyunu Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3071382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR