Rus səfirliyinə erməni hücumu

Rus səfirliyinə erməni hücumu
17:11 15 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistandakı səfirliyinin qarşısındakı etiraz aksiyası gərgin atmosferdə keçir.

ANS PRESS-in məlumatına görə, Rusiya səfirliyinin qarşısını toplaşmış minlərlə adam Gümrüdə bir erməni ailəsininin 6 üzvünü qətlə yetirmiş rus əsgər Valeri Permyakovu Ermənistanda mühakimə etməyi tələb edirlər.

Səfirliyin qarşısını kəsmiş polis kordonu etirazçıları içəri keçməyə qoymur. Bir neçə etirazçı Rusiya bayrağını yandırıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR