Qəribə oğurluq hadisəsi! Divarı qıraraq marketə girdilər, apardıqları isə...

Türkiyənin Adana şəhərində qəribə bir oğurluq hadisəsi baş verib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, ağız maskası taxan iki oğru divarı qıraraq bir firmaya aid supermarketə girib.

Soyuducudakı kolaları oğurlayan adamlar bir neçə kolanı içdikdən sonra xəbərdarlıq zənginin çalması ilə qorxuya düşüblər. Daha sonra siqaret bölümünə gedən oğrular buradan da bir neçə siqaret götürdükdən sonra marketdən qaçıblar.

Xəbərin verilməsi ilə hadisə yerinə gələn polislər bir müddət şübhəliləri marketin içində axtardıqdan sonra araşdırma başladıblar.

Qırılan divarın yanında oğrulara aid əşyalar tapan polislər şübhəlilərin marketin içində kola içdiklərini, qaçarkən də yanlarında siqaret götürdüklərini müəyyən ediblər.

Şübhəlilərin yaxalanması üçün araşdırma başladılıb.




http://metbuat-az.com/news/1199747/yuxudan-ayilan-qadin-heyatinin-sokunu-yasadi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR