Bakı Nəqliyyat Agentliyi daşıyıcılara minnətdarlıq edib

Bakı Nəqliyyat Agentliyi daşıyıcılara minnətdarlıq edib
17:37 3 İyun 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyində (BNA) paytaxtda keçirilən UEFA Avropa Liqasının Final Oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. 
Bu barədə “Report”a BNA-dan məlumat verilib.
Görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli çıxış edərək oyun zamanı nəqliyyat əməliyyatlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu işləri lazımi səviyyədə icra edən daşıyıcı şirkətlərin rəhbərlərinə və sürücülərə minnətdarlığını bildirib.
Görüşdə, həmçinin, Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyduğu tələblər, onların icra vəziyyətinə dair tövsiyə və xəbərdarlıqlar edilib. O cümlədən, avtobusların texniki baxımdan qoyulan tələblərə uyğunlaşdırılması, vətəndaşlara göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılmasının vacibliyi bir daha daşıyıcıların diqqətinə çatdırılıb. 




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-neqliyyat-agentliyi-dasiyicilara-minnetdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR