Fransadan qalmaqallı səfər

Fransa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Mariel de Sarnez Suriyada "Kürd Ali Komitəsi"-nin rəsmi silahlı birləşməsi olan Xalq Qoruma Birlikləri (YPG) ilə görüşüb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terorist məzarlıqlarını ziyarət edən Sarnez daha sonra ərazini gəzərək teroristlərlə vaxt keçirib.

Sarnez mətbuata verdiyi açıqlamada bildirib ki, bura gəlməyimizdə məqsəd rəsmi olaraq ərazini tanımaqdır:

"Eyni zamanda məqsədimiz terrora qarşı vuruşan döyüşçüləri görməkdir. Fransa bugünə qədər Suriya Demokratik Güclərinin yanında olub və bundan sonra da yanında olacaq. Fransa bu bölgənin yenidən formalaşmasına dəstək verəcəkdir".

Terrorist məzarlıqlarını gəzən Sarnez həmçinin bildirib ki, azadlıqları üçün canlarını fəda edən şəhidlərin yaxınlarınının önündə ehtiramla baş əyirəm:

"Buraya terror qruplaşması DEAŞ ilə mübarizədə canlarını fəda edən minlərlə qadın və kişinin ruhu önündə əyilmək üçün gəldim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR