Xalq artisti Aygün Kazımovanın yanvarın 26-da 44 yaşı tamam olacaq.
Müğənninin prodüseri Tarix Əliyev (Tolik) Axşam.az-a açıqlamasında qeyri-adi ad günü məclisinin keçiriləcəyini deyib:
"Bu yığıncaq ötən ilkindən xeyli fərqlənəcək. Aygün xanımla qonaqların siyahısını hazırladıq. Bəzi məşhur insanların adları dəvətlilər sırasına salınmayıb. Ad günü hündür mərtəbəli məkanlardan birində baş tutacaq. Təklif etmişəm ki, gecədə dress- kod olsun. Hamı ya ağ, ya da qara geyinsin. Həmçinin Afaq Gəncəli, Cavid Gül və mən Aygün xanım üçün maraqlı sürpriz hazırlayırıq”.