Məktəbdə seminar keçirilib

İyunun 4-də Bakı şəhər 279 nömrəli tam orta məktəbdə seminar keçirilib.

Metbuat.az bildirir ki, seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Orxan Əlixanlı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir İsmayılov, KİV təmsilçiləri, məktəb rəhbərliyi, müəllimlər və digər qonaqlar iştirak edib.

"Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Südabə Abdullayeva açıb. Məktəb rəhbəri seminar iştirakçılarını salamlayıb və bu cür seminarların keçirilməsinin əhəmiyyətli olduğunu deyib.

Tədbirdə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir İsmayılov öncə layihənin reallaşdırılmasına verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəkkür edib. Nadir İsmayılov 2019-cu ilin may-avqust aylarını əhatə edən layihənin məqsədinin orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarət olduğunu qeyd edib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Nüşabə Hüseynli "Media ilə iş bacarıqları" mövzusunda geniş təqdimatla çıxış edib.

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə isə "İnformasiya açıqlığının təmin edilməsi" mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Bəşarət Məmmədov təhsil sektorunda həyata keçirilən islahatlar, ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkili, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlarla bağlı ətraflı məlumat verib. Həmçinin sektor müdiri təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə pressturlarının təşkil edildiyini də diqqətə çatdırıb.

Tədbirdə "İnformasiya açıqlığının təmin edilməsi" və "Media ilə iş bacarıqları" mövzularında səmərəli fikir mübadiləsi aparılıb.

Sonda seminarın keçirilməsinə dəstək olanlara diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR