Millimiz "Fənərbaxça"nı 9 qolla uddu

Millimiz "Fənərbaxça"nı 9 qolla uddu
17:37 15 Yanvar 2015
117 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan 17 yaşlı futbolçulardan ibarət komandası bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, millimiz "Fənərbaxça"nın U-17 komandası ilə qarşılaşıb.


Oyunda 9 qol vurulub. Millimiz rəqibini 9:0 hesabı ilə yenib. Komandamız bu gün daha bir oyun keçirəcək və Xorvatiyanın "Split" klubunun U-17 komandası ilə qarşılaşacaq.


Qeyd edək ki, "Fənərbaxça" - Azərbaycan oyununu Antalyada toplanışda olan azərbaycanlı hakimlər - Ramil Diniyev, Rahil Ramazanov və İsgəndər Əliyev idarə edib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-quotfnrbaxcaquotn-9-qolla-uddu-t17477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR