Əliyevdən məmurlara xəbərdarlıq (VİDEO)

Əliyevdən məmurlara xəbərdarlıq (VİDEO)
17:41 15 Yanvar 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında məmurlara israfçılıqla bağlı etdiyi xəbərdarlığa ilk reaksiya Maliyyə nazirindən gəlib.

ANS TV-nin məlumatına görə, ölkənin maliyyə siyasətinin icrası ilə məşğul olan qurumun kollegiya iclasında əsas diqqət bu məsələyə yönəldilib. Samir Şərifov Nazirliyin yerli qurumlarına da bununla bağlı tapşırıq verildiyini bildirib. O 2015-ci il dövlət büdcəsində prioritetlik daşımayan, səmərəsi aşağı olan xərclər üzrə qənaət rejimi tətbiq ediləcəyini və israfçılığa qarşı sərt tədbirlər həyata keçiriləcəyini dedi.

Amma bu zaman müdafiə olunan xərclərə olduğu kimi qalacaq. Cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək. Bu il dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsi isə həm qeyri-neft sektorunun inkişafı, həm də Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində yaranacaq əlavə gəlirlər hesabına genişləndiriləcək.

Həmçinin əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınması təmin olunacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR