40 ildir şifrəsi tapılmayan seyfi ilk cəhddə açdı - İçindən bunlar çıxdı

Kanadanın Alberta əyalətində bir turist ailəsi ilə kiçik bir muzeyi ziyarət edərkən 40 ildir açılmayan seyfin şifrəsini ilk cəhddə tapıb və seyfi açıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seyfdən 1970-ci ilə aid restoran sifariş çekləri çıxıb. Bu seyf muzeyə bir otel tərəfindən 1970-ci ildə bağışlanıb. Seyfin 1907-ci ildə alındığı güman edilir. Şifrəsini heç kim bilmədiyi üçün seyfin içində nə olduğu maraqla müzakirə edilirdi. Şifrə peşəkarlarından kömək istəyən muzey rəhbərliyi problemi həll edə bilməmişdi. Deyilənə görə, bura gələn bütün ziyarətçilər şifrəni açmağa cəhd edirmişlər. Şifrənin ilk cəhdə açılma ehtimalı isə 216 mində 1 olaraq qiymətləndirilir.

Stiven Mils adlı bu turist 20,40,60 rəqəmlərindən istifadə edərək nəhayət bu şifrəni açmağı bacardı. O bunu seyfin düyməsini 3 dəfə saat istiqamətində, 2 dəfə əksinə, 1 dəfə yenidən saat istiqamətində çevirərək bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR