Bakıda əhali 4 ayda ödənişli xidmətlərə 1.7 milyard manatdan çox pul xərcləyib

2019-cu ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz artaraq 1 milyard 715,5 milyon manat olub.

Metbuat.az-ın məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 181,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 68,9 faizini təşkil edib.

2019-cu ilin yanvar-aprel aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz artaraq 283,2 milyon manat olub.

Dövriyyənin 43,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb (Trend).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR