Aygün Kazımova doğum gününü necə keçirəcək?

Aygün Kazımova doğum gününü necə keçirəcək?
17:47 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımovanın yanvarın 26-da 44 yaşı tamam olacaq
Müğənninin prodüseri Tarix Əliyev (Tolik) axşam.az-a açıqlamasında qeyri-adi ad günü məclisinin keçiriləcəyini deyib:

"Bu yığıncaq ötən ilkindən xeyli fərqlənəcək. Aygün xanımla qonaqların siyahısını hazırladıq. Bəzi məşhur insanların adları dəvətlilər sırasına salınmayıb. Ad günü hündür mərtəbəli məkanlardan birində baş tutacaq.

Təklif etmişəm ki, gecədə dress-kod olsun. Hamı ya ağ, ya da qara geyinsin. Həmçinin Afaq Gəncəli, Cavid Gül və mən Aygün xanım üçün maraqlı sürpriz hazırlayırıq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR