Yerevanda Rusiya səfirliyi qarşısında dava düşüb

Yerevanda Rusiya səfirliyi qarşısında dava düşüb
17:48 15 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yerevanda Rusiya səfirliyinin binası qarşısında bir neçə yüz adam etiraz aksiyası keçirir. Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

Etirazçılar erməni ailəni qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakovun Ermənistanın ədalət məhkəməsinə təhvil verilməsini tələb edirlər.

Polislər aksiya iştirakçılarına binaya yaxınlaşmağa icazə verməyərək küçənin o biri tərəfində dayanmağı tələb ediblər. Lakin nümayişçilər küçənin qarşı tərəfinə keçərək səfirliyin binası önündə dayanıblar.

Polislər etirazçıları küçənin əks tərəfinə sıxışdırmağa çalışırlar.

Qeyd edək ki, bazar ertəsi Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR