Gözəllik üçün əvəzsiz vasitələr

Gözəllik üçün əvəzsiz vasitələr
06:48 7 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bəzi müalicəvi, faydalı yağların dilimizə tərcüməsini bilmədiyimizdən alıb istifadə etmək imkanından məhrum oluruq.

Publika.az həmin yağların dilimizə tərcüməsini təqdim edir.

Ayı pəncəsi yağı və gənəgərçək yağı (Репейное и касторовое масло) - saçla bağlı bütün dərdlərin dərmanı.

Ərik yağı (Абрикосовое масло) - bədənin massajı və dırnaqların qidalandırlıması üçün.

Acı bibər yağı (Настойка перца горького) - saç uzatmaq üçün əvəzsiz vasitəsdir.

Lavanda yağı (Mасло лаванды) - bir neçə damcısı şampuna töküb istifadə etdikdə, saçlar uzun müddət təmiz və parıltılı qalır.

Qozun kosmetik yağı (Косметическое масло грецкого ореха) - üzdə qırışlara və gözaltı qaralmalara qarşı faydalıdır.

Jojoba yağı (Масло жожоба) - gözkənarlarındakı xırda qırışları yox edir.

Dəniz duzu (Морская соль) - bədən və dırnaqları təravətləndirmək üçün vanna qəbul etmək olar.

Badam yağı (Миндальное масло) - üz və bədən dərisinə çəkildikdə çat və qırışların qarşısını alır.

Mavi gil (Голубая глина) - bədən və üz üçün ən effektiv maska.

Çay ağacı yağı ( Масло чайного дерева) - sızanaqlar əleyhinə çox faydalıdır.

Nanə yağı (Мятное масло) - baş ağrıları, miqren və yuxusuzluq zamanı gicgahlara sürtülür.

Çiyələk yağı ( Масло клубники) - doğuşdan sonra dəri çatlarına qarşı faydalı vasitədir

Bor spirti (Борный спирт) - sızanaqları məhv edir.

A və E vitamini kapsulları ( Витамины Е, А в капсулах) - quru və çatlaq dodaqları, eləcə də gözaltı hissəni qidalandırır.

Kokos yağı (Кокосовое масло) - saçların tökülməsi, bədən və üz dərisinin gözəlləşdirilməsi üçün əvəzsizdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gozellik/281086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR