Məşhur aktyorun sözləri Hollivud ulduzlarını özündən çıxardı

Məşhur aktyorun sözləri Hollivud ulduzlarını özündən çıxardı
17:51 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aktyor Rassel Krounun rejissorluq etdiyi və baş rollarını türkiyəli aktyorlar Yılmaz Ərdoğanla Cem Yılmazın paylaşdığı “The Water Diviner” (“Son ümid”) filminin nümayişindən sonra verdiyi açıqlama Hollivudun qadın sənətçilərini əsəbləşdirib. 

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, sənətçi 40-48 yaşlı aktrisaların 21 yaşındakı gənc qızlar kimi hələ də çəkilmək üçün rollar gözləməsinin gülünc olduğunu deyib. O, həmin qadınlara öz yaş həddlərini bilməyi və ona uyğun hərəkət etməyi məsləhət görüb. Rassel hətta aktrisa Meril Stripi nümunə göstərib:

“Bu qadınla yanaşı, yaşı ilə rolu ziddiyyət təşkil edən minlərlə aktrisanı misal çəkə bilərəm. Bu sənətə davam etmək istəyirlərsə, gənc görünməyə çalışmaqdan çəkinməlidirlər və yaşlarına uyğun rolları seçməlidirlər”.

R.Krounun bu sözlərinə aktrisa Cessika Kastain sərt reaksiya verib. O, Rasseli boşboğaz, burnunu hər yerə soxan aktyor adlandırıb. C.Kastain deyib ki, bu sektorda yaşı 50-60 olan və işinin öhdəsindən layiqincə gələn ulduzlar var. O, R.Krounu öz filmindən başqa heç nə izləməyən biri adlandırıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR