Bərdə şəhər Heydər Əliyev adına parkda "Oxu bayramı" təşkil edilib

Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda təşkil edilən Oxu bayramı sakinlər tərəfindən maraqla qarşılanıb.

Metbuat.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin təşkil etdiyi tədbirdə müxtəlif mövzularda kitab sərgiləri, həmçinin rəsm və bacarıqlı əllər dərnəklərinin, fəal oxucuların əl işləri nümayiş etdirilib.

Tədbirdə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin obrazı canlandırılıb, şairin qəzəlləri səsləndirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Oxu” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Oxu bayramı rəngarəng konsert proqramı ilə davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR