Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Bakı Uşaq Teatrı Nəsimi ilinə töfhələr verməyə davam edir. “Nəsimi ili-Nəsimi dili” festivalının ardınca teatrda Nəsimi poeziyasının nümunələrindən ibarəttamaşa- kompozisiya hazırlanıb.

Kompozisiyanın quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltan, iştirakçılar teatrınəməkdaşlarıdır.

İyunun 10-da “Nəsimi ili-Nəsimi dili” kompozisiyası Dərbənd şəhərində nümayişolunacaq.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ilə əməkdaşlıqda baş tutacaq tədbirdə Bakı Uşaq Teatrı ilə yanaşı, həmin teatrın da Nəsimi yaradıcılığına müraciət edərək hazırladığı müsiqili nömrələr nümayiş olunacaq.

Nəsimininn 650 illiyi münasibətilə bu şəhərdə tədbirin təşkil olunmasında

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əskərovun xüsusi əməyi var.

Tamaşa-kompozisiyanın Dərbənd Qalası divarları ətrafında təqdimatı nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR