Gənc alim Azərbaycanı beynəlxalq tədbirdə layiqincə təmsil etdi

Avropa Ictimai Xidmətlər Federsiyasının (EPSU) 10-cu Konqresi, 4-7 İyun, 2019-cu il tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində təşkil edildi. Metbuat.az bildirir ki, konqresə rəsmi dəvət edilən Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova "Dayanıqlı inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği" mövzusunda çıxış etdi. Məruzəsində qeyd etdi ki, Dünyada qlobal çağırışların ölkələrin birgə səyləri ilə həllində beynəlxalq təşəbbüslərin rolu sözsüz ki, danılmazdır. Bu baxımdan "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəlik" dünyada insanların qarşılaşdığı problemləri tanıdır və onların birlikdə həllinə çağırır.Dünya ölkələrinin dinamik inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası qarşımızda yeni-yeni problemlər qoyur. Həmin problemlərdən biri də inkişafin dayanıqlılığı, davamlılığı və ya təhlükəsizliyi problemidir. Bu problemin həlli üçün əsas konsepsiyalar və göstəricilər sistemi dəqiqləşdirilir və ölkələrin təcrübəsi öyrənilir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi üçün ciddi addımlar atılır. Layihə məqsədlərinin reallaşdırılması üçün Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da yaradılıb. Öhdəliklərin mahiyyəti ondan ibarətdir ki, 2030-cu ilədək qlobal layihənin ayrı-ayrı hədəflər və məqsədlər yönündə milli dövlətlər öz üzərində götürdüyü öhdəliklər üzrə addımlarını müəyyənləşdirirlər.Layiqli əmək ölkəmizin sosial-iqtisadi siyasətinin əsas istiqamətini təşkil edir və məşğulluğun inkişafına, layiqli əmək konsepsiyasının reallaşmasına yönələn balanslaşdırılmış iqtisadi siyasət konkret nəticələrlə ifadə olunmuş milli prioritetdir.Bütün bu işləri həyata keçirməkdə məqsədimiz beynəlxalq ictimaiyyətə dayanıqlı inkişafın məqsədləri ilə bağlı sahələrdə təbliğatı aparmaqla, hədəflərə yönələn sərmayələri artırmaqla məqsədlərə doğru irəliləyişi intensivləşdirməyi, hökumətin , beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün fəaliyyətimizi sürətləndirməkdən ibarətdir..........."

Çıxışdan sonra Xəyalə Məmmədova tədbirdə iştirak edən İrlandiyanın Prezidenti Cənab Maykl D.Hiqqins (Michael D. Higgins) və İrlandiyanın birinci xanımı Sabina Hiqqinslə görüşərək, tədbirin gündəliyində qeyd olunan məsələlərlə bağlı ölkənin uğurları haqqında, eyni zamanda tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycanda uğurlu multikulturalizm siyasəti ilə bağlı görülən işlər haqqında qısa məruzə etdi. Bununla yanaşı, by yaxınlarda İrlandiya Respublikasında da Beynəlxalq Multikultural Şəbəkənin təmsilçisinin elan olunması ilə bağlı artıq işlərin yekunlaşdığına və bir sıra təşkilatlarla yeni layihələrə start verəcəkləri haqqında da məlumat verdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR