Süni intellekt sahəsində ən çox patentə sahib şirkət məlum olub

Süni intellekt sahəsində ən çox patentə sahib şirkət məlum olub
12:35 10 İyun 2019
Ölkə mətbuatı
A- A+

Süni intellekt qlobal İT sahəsinin inkişafında ən mühüm istiqamətlərdən biridir. Almaniyanın "IPlytics" tədqiqat şirkəti qeydiyyatdan keçirilmiş patentlərin sayına görə lider şirkəti müəyyənləşdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2019-cu ilin yanvar ayına olan məlumata görə, "Microsoft" korporasiyası patentlənmiş (18365) süni intellekt texnologiyalarının sayına görə birinci yeri tutub. ABŞ-ın "IBM" korporasiyası reytinqdə ikinci yerdə qərarlaşıb: sözügedən şirkətin aktivində 15046 patent var. Cənubi Koreyanın "Samsung" korporasiyası 11243 patent göstəricisi ilə üçüncü olub.

 

İlk onluqda 5 ABŞ şirkəti yer alıb. "Qualcomm" (10178 patent) və "Google" (9536 patent) şirkətlər müvafiq olaraq 4-cü və 5-ci yerləri tutublar. Bundan başqa, ilk onluqda, həmçinin Yaponiyanın iki şirkəti – "Sony" (8-ci yer, 5526 patent) və "Canon" (10-cu yer, 3996 aptent) qərarlaşıb. Cənubi Koreya, Niderland ("Philips", 6-cı yer) və Almaniya ("Siemens", 7-ci yer) ölkələrinin hər birindən bir şirkət reytinqdə yer alıb.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61222-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR