Avropa superkompüterlərinin quraşdırılacağı yerlər müəyyənləşdirilib

Avropa superkompüterlərinin quraşdırılacağı yerlər müəyyənləşdirilib
15:35 10 İyun 2019
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı ərazisində yüksək məhsuldarlıqlı hesablama komplekslərinin yerləşəcəyi səkkiz meydança müəyyənləşib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, söhbət tədqiqatçıların, biznes istifadəçilərinin və sənaye təşkilatlarının marağına xidmət edəcək yeni superkompüter mərkəzlərinin yaradılmasından gedir.

 

Yeni hesablama komplekslərinin perspektivli dərman preparatlarının yaradılması, yeni materialların hazırlanması, qlobal iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli və s. kimi müxtəlif layihələrin həyata keçirilməsi zamanı cəlb edilməsi nəzərdə tutulur.

 

Yüksək məhsuldarlığa malik hesablama komplekslərinin Sofiya (Bolqarıstan), Ostrav (Çexiya), Kayani (Finlandiya), Boloniya (İtaliya), Bissen (Lüksemburq), Minyu (Portuqaliya), Maribor (Sloveniya) və Barselonada (İspaniya) yerləşəcəyi planlaşdırılır.

 

Yeni superkompüter mərkəzlərinin fəaliyyətinin idarəetməsi 20 ölkə tərəfindən həyata keçiriləcək.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-61233-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR