14 yaşlı qıza açıq-saçıq görüntülər göndərdi - Ardınca isə... / FOTO

Türkiyənin Kocaeli vilayətində həvəskar idman klubunun prezidenti Adnan Zorer 14 yaşlı qıza sosial media vasitəsiylə açıq-saçıq görüntülər göndərib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, əvvəlcə o yeniyetməyə dostluq təklifi göndərib. Qız dostluq təklifini qəbul edəndən sonra , Zorer ona açıq-saçıq görüntülər göndərib.

Yeniyetmənin ailəsi telefonu yoxlayarkən həmin görüntülərlə üzləşib. Ailə üzvləri məsələ barədə polisə məlumat verib. Araşdırmalardan sonra klub prezidentinin günahı sübuta yetirilib və o həbs edilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR