İki üzə sahib olan adamın qan donduran həyat hekayəsi /FOTOLAR

Hələ də həqiqət yoxsa qurğu olduğu bilinməyən, başının arxasında ikinci bir üzə sahib olan Edvard Mordrakenin həyat hekayəsi eşidənləri təəccübləndirir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bir çox tarixi mətnlərdə və bəzi hekayələrdə bəhs edilən Modrakenin gerçək olub-olmadığı hələ də sirrini qoruyur.

Amma bu günümüzə qədər çatan hekayəyə görə, Edvard 19-cu əsrdə yaşayıb və İngiltərənin soylu bir ailəsinə sahibdir. Başının arxa hissəsində ikinci bir üzlə dünyaya gələn Mordrake son dərəcə istedadlı bir musiqiçi və qarşıdan baxıldıqda olduqca yaraşıqlı olduğu deyilən biri idi.

Başının arxasındakı ikinci üzü normal insanın bacarıqlarına sahib deyildi. O, danışa bilmir, sadəcə gülür və ağlayırdı.

Uşaq olarkən Edvard dostlarının bu səbəblə ondan qorxduqlarını bilmirdi. Amma o, yetkinlik dövrünə çatdıqda əslində qəribə bir varlıq olduğunu düşünür və ondan xilas olmağa qərar verir.

Mordrake bunun üçün bir neçə yerə müraciət etsə də, heç bir həkim bu riskli əməliyyatı etmək istəmir.

Bəzi həkimlər isə onun lənətli olduğunu düşünərək lənətin onlara da bulaşacağından qorxub.

Cəmiyyətdən təcrid olunan Edvard bu vəziyyətə dözməyərək 23 yaşında özünü asaraq intihar edir.

Onun hekayəsinin doğru olub-olmadığı bilinməsə də, bir neçə tibbi kitabda onun adı keçir və bir çox rəssamın əsərlərində yer alır.

iki-yuzlu-insan-edward-mordrakein-kaninizi-donduracak-gercek-hikayesi-3

iki-yuzlu-insan-edward-mordrakein-kaninizi-donduracak-gercek-hikayesi-9

iki-yuzlu-insan-edward-mordrakein-kaninizi-donduracak-gercek-hikayesi-11

iki-yuzlu-insan-edward-mordrakein-kaninizi-donduracak-gercek-hikayesi-4

https://metbuat.az/news/1199193/bu-itin-hekayesi-esidenleri-kederlendirir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR