Keçmiş aparıcı "Kontakt home"dan şikayət etdi: "Sınıq home"du ora"

Keçmiş aparıcı "Kontakt home"dan şikayət etdi: "Sınıq home"du ora"
15:37 11 İyun 2019
Ölkə mətbuatı
A- A+

Səma Camalqızı adlı sosial şəbəkə istifadəçisi "Kontakt Home"dan şikayət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xanım bildirib ki, mağazadan aldığı məhsullar sınıq çıxıb:

"Sınıq-salxaq home!!! "Kontakt home"dan məhsul alarkən, üç dəfə diqqətli olun. Öz adıma deyirəm, son 6 ayda aldığım 2 məhsulun ikisi də qüsurludur. Artıq bizim evdə ora "Kontakt home" yox, "sınıq home" deyirlər. Məncə, bu ad ona daha çox yaraşıb.

Məhsulun qüsuru ilə bağlı müraciət etdikdə isə deyirlər ki, servisə aparın. Ay millət servisə muraciət olunmuş məhsula o qədər pul verəcəkdimsə, onda ikinci əl məhsul alardım da".

Qeyd edək ki, Səma bir vaxtlar aparıcı kimi fəaliyyət göstərib. O, "Xəzər" telekanalında çalışırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/762099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR