“Təklif Flora Kərimovadan gəldi” - Aydın Sanidən DUET AÇIQLAMASI - VİDEO - FOTO

“Təklif Flora Kərimovadan gəldi” - Aydın Sanidən DUET AÇIQLAMASI - VİDEO - FOTO
16:05 11 İyun 2019
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Səhə-Səhər" proqramının növbəti qonağı müğənni Aydın Sani olub.

Milli.Az xəbər verir ki, ifaçı xalq artisti Flora Kərimova ilə duet oxuyacağını açıqlayıb:

"Flora Kərimova ilə duetimiz gözlənilir. Yeni mahnı deyil, oxuduğum mahnılardandır, "Get, gedirsənsə". Təklif qarşı təfərdən gəlib. Nə xoş mənim halıma ki, illərin sənətkarı mənimlə duet oxumaq istəyir. Sözügedən mahnını o zamanlar oxuyanda özlüyümdə Flora xanımı nəzərdə tutmuşdum. Amma deyirdim ki, mən hara, Flora xanım hara?!"

Flora Kərimova ilə telefon bağlantısı yaradılıb. Xalq artisti də təklifin ondan gəldiyini təsdiqləyib:

"Aydını çox istəyirəm. Adətən məni axtarırlar, amma özüm onu axtardım tapdım. Görüşdük, tanış olduq. Duet mənim çox xoşuma gəlir. Vaxt var idi Ələkbər Tağıyevi də təndiq edirdilər. Ona görə mən də bu janra müraciət etdiyim üçün qorxmuram. Millətin sevgisi hər şeydən üstündür".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/762115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR