De Rossinin yeni klubu bəlli oldu

De Rossinin yeni klubu bəlli oldu
16:32 11 İyun 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"dan ayrılan Daniele De Rossi karyerasını Avropadan kənarda davam etdirəcək.

Milli.Az xəbər verir ki, italiyalı yarımmüdafiəçi ABŞ-ın "Los-Anceles" klubunun təklifini qəbul edib. 35 yaşlı futbolçunun transferinin tezliklə rəsmən açıqlanacaq.

De Rossi 2000-ci ildən "Roma"da çıxış edirdi. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində ikinci ən yaxşı göstəricidir.

Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR