Sibirdə nəhəng canavar kəlləsi tapılıb - 40 min il yaşı var

Sibirdə son Buz dövründən qalan nəhəng canavar başı tapılıb.

Metbuat.az xarici mətbuata istinadən bildirir ki, bu kəlləni tapan isə bir elm adamı yox, sadə bir vətəndaş olub. Kəllənin uzunluğu 40 sm-dir ki, bu da keçmişdə yaşayan canavarların müasir canavarlardan fərqli olduqlarını göstərir.

Saxa Respublikası Elmlər Akademiyasından Albert Protopopov bu kəşfin özəl olduğunu, ilk dəfə hüceyrələri qorunmuş yetkin bir Buz dövrü canavarı tapdıqlarını açıqlayıb. Bildirib ki, bu nümunə müasir canavarlarla qarşılaşdırılacaq və canavar təkamülünün necə inkişaf etdiyini anlamaq mümkün olacaq.


Protopopov Yaponiya və İsveçli araşdırmacılarla birlikdə 2-4 yaş arasında yetkin bir canavara aid olduğu düşünülən kəllə üzərində çalışır. Çalışmalara DNT analizi, tomoqrafiya və s. daxildir.

Qeyd edək ki, eyni bölgədə daha əvvəl mağara aslanının balaları tapılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR