Rusiyadan S-400 açıqlaması - "İyul ayı ərzində..."

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov S-400 hava müdafiə sistemlərinə dair önəmli açıqlamalar edib.

Metbuat.az beynəlxalq xəbər agentliyi "Reuters"-ə istinadən bildirir ki, S-400 sistemlərinin Türkiyəyə təslimatı iyul ayı ərzində planlaşdırıldığı şəkildə həyata keçiriləcək.

Rusiya prezidenti Vladimir Putinin xarici siyasət köməkçisi Yuri Uşakov deyib ki, Rusiya S-400 roket sistemlərini iyulda təslim edəcək. Gün içərisində açıqlama verən Rusiya Xarici İşlər Naziri köməkçisi Sergey Ryabkov Türkiyəyə göndəriləcək S-400 sistemlərində hər hansı bir problem yoxdur. O, ABŞ-ın həyata keçirdiyi həmlələrə qarşı Ankara və Moskva arasıında bağlanan müqaviləyə uyğun olaraq bütün məsuliyyətlərini vaxtında yerinə yetirəcəklərini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR