Meydana girən azarkeşə 15 sutkalıq həbs cəzası verildi

Meydana girən azarkeşə 15 sutkalıq həbs cəzası verildi
18:12 11 İyun 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

AÇ-2020-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Rusiya - San Marino oyunu zamanı meydana daxil olan azarkeşin cəzası məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 36 yaşlı azarkeşə 15 sutkalıq həbs cəzası verilib. Rusiya - San Marino matçının ikinci hissəsində meydana daxil olan şəxs, idman yarışlarında azarkeşlərin davranış qaydalarını pozduğu üçün cəzalandırılıb.

Onun iki il müddətinə rəsmi idman yarışlarının keçirildiyi məkanlara girişi də qadağan olunub.

Rusiya - San Marino matçı rusların 9:0 hesablı qələbəsiylə bitib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR