Ermənilərin hirsi soyumadı (CANLI YAYIM)

Ermənilərin hirsi soyumadı (CANLI YAYIM)
18:31 15 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni ailəsinin 6 üzvünü öldürən rus hərbçinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə prokurorluğun qarşısında aksiya keçirilir.

ANS PRESS-in məlumatına görə, aksiya iştirakçılarına baş prokuror Qevork Kostanyan yaxınlaşaraq bütün suallara cavab verəcəyini bildirməklə yanaşı aksiyanın dayandırılmasını istəyib. Prokurorun dedikləri aksiya iştirakçılarını daha da qəzəbləndirib. Kostanyanı sualları cavablandırmaqdan boyun qaçıqmaqda ittiham ediblər.

Etiraz aksiyasında müxalifətçi "İrs" partiyasının deputatı Zarui Postandiyanın da iştirak etdiyi bildirilir.

Azadlıq radiosunun erməni xidməti aksiyanı canlı yayımlayır.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə yerləşən Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Yaxalanan rus hərbçisi Ermənistanda deyil, Rusiyada mühakimə ediləcəyi isə Ermənistanda kütləvi aksiyalarla müşaiyət olunur. Türkiyə sərhədi yaxınlığında yaxalanan Valeri Permyakov hazırda Gümrüdəki Rusiya hərbi bazasında saxlanılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR