"Beşiktaş"ın prezidenti Azərbaycan futboluna söz atdı

"Beşiktaş"ın prezidenti Azərbaycan futboluna söz atdı
19:47 11 İyun 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın prezidenti Fikrət Orman Azərbaycan futboluna söz atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, yeni baş məşqçi Abdullah Avcının təqdimetmə mərasimi zamanı bildirib ki,  futbolunun səviyyəsini qaldırmayacaqları təqdirdə, Çempionlar Liqasında Azərbaycan, Moldova, Andorra  kimi ölkələrin klubları ilə qarşılaşmalı olacaqlar:

"Prezident olduğum gündən bəri həm "Beşiktaş"ın, həm də türk futbolunun səviyyəsini qaldırmaq üçün çalışdım. Prezidentlərin, nümayəndələrin yeganə vəzifəsi yalnız öz klublarının uğur qazanması deyil. Türk futbolunu yüksəltmək hamımızın borcudur. 2004-cü ildən etibarən Çempionlar Liqası 1, Çempionlar Liqası 2 və Çempionlar Liqası 3 kimi turnirlərin təşkili gündəmdədir. Görünür, Superliqanın səviyyəsini yüksəltməyəcəyimiz təqdirdə, ÇL-də Azərbaycan, Moldova, Andorra kimi ölkələrin komandaları ilə oynayacağıq. Bu, təkcə "Beşiktaş"ın dəyişdirə biləcəyi məsələ deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR