Rusiya 36 tondan çox pomidoru Azərbaycana geri qaytardı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, məhsullara baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib.

Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR