Azərbaycan millisi "Avro-2020"də Slovakiya ilə qarşılaşıb

Azərbaycan millisi "Avro-2020"də Slovakiya ilə qarşılaşıb
22:15 11 İyun 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 11-də futbol üzrə Azərbaycan millisi "Avro 2020"nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb.

Trend-in məlumatına görə, "E" qrupu çərçivəsində "Bakcell Arena"da keçirilən oyun qonaq komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 8-ci dəqiqədə Macarıstan millisinin futbolçusu Stanislav Lobotkanın vurduğu qolla açılıb. Görüşdəki ikinci qolu da slovaklar vurub. 27-ci dəqiqədə Yuray Kuçka fərqlənib. Milimizin yeganə qolunu oyunun 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.

Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. Slovakiyanın kapitanı 57-ci dəqiqədən komandanın 4-cü qolunu vurub.

85-ci dəqiqə David Hançko Azərbaycan millisinin qapısından 5-ci qolu keçirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3075235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR