"Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək

"Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək
22:50 11 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, budəfəki tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunub.

Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış etmiş, Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şeyx Sənan ("Şeyx Sənan"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdu.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dədmirov (Məcnunun atası) və b. ifa edəcəklər.

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3075218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR