Yeni Zelandiya əsgərləri İraq və Əfqanıstandan çəkiləcək

Yeni Zelandiya əsgərləri İraq və Əfqanıstandan çəkiləcək
07:37 12 İyun 2019
46 Dünya
Ölkə mətbuatı
A- A+

İraq və Əfqanıstanda xidmət edən Yeni Zelandiya əsgərləri 2020-ci ildə mərhələli olaraq bu ölkələrdən çıxarılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern Nazirlər Kabinetinin iclasından sonra bildirib. Onun sözlərinə görə, İraq hərbçilərinə təlim verən Yeni Zelandiya əsgərləri 12 ay, Əfqanıstanda xidmət edən əsgərlər isə 18 ay ərzində geri çəkiləcək.

Baş nazir məlumatı dəqiqləşdirərək deyib ki, İraqdakı Yeni Zelandiya hərbçilərinin sayı bu ilin iyul ayında 75 nəfərə, gələn ilin yanvarda 45-nəfərədək azaldılacaq, iyun ayında isə əsgərlər ölkəni tam edəcək. Əfqanıstandakı hərbi birliklərin son xidmət tarixi isə 2020-ci il dekabrın 31-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/762124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR