Ana yeni doğulan körpəni 3-cü mərtəbədən atdı - FOTO

Ana yeni doğulan körpəni 3-cü mərtəbədən atdı - FOTO
07:42 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

Çinin Çanqşa şəhərində 22 yaşlı qadın nikahdan kənar bir oğlan uşağı dünyaya gətirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, uşağı doğan qadın onun göbəyini kəsərək üçüncü mərtəbənin pəncərəsindən aşağı atıb. Körpənin səsini altdakı qonşu eşidib və onu xəstəxanaya apararaq xilas edib.

Uşaq səsi eşidən qonşu bunu əvvəlcə pişik səsi zənn edib. Amma sonradan ağlama səsinin kəsilmədiyini görüb pəncərədən çölə baxıb. Balkonunda bir körpə görən qonşu dərhal polisə xəbər verib. Digər qonşuların köməyi ilə körpə xilas edilib. Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu deyirlər.

Polis artıq vicdansız ananı saxlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR