Reytinqləri alt-üst edən “Hercai”nin məşhur ulduzu haqda bunları İLK DƏFƏ OXUYACAQSINIZ - FOTO

Reytinqləri alt-üst edən “Hercai”nin məşhur ulduzu haqda bunları İLK DƏFƏ OXUYACAQSINIZ - FOTO
09:03 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlandığı gündən etibarən Türkiyədə böyük bir izləyici auditoriyası toplayan “Hercai” serialının baş rol qəhrəmanı Akın Akınözü haqqında yeni faktlar üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akın Akınözünün məşhur aktrisa Özlem Akınözünün oğlu olduğu üzə çıxıb.

Miran obrazı ilə qəlblərə yol tapan yaraşıqlı aktyor 1990-cı ilə Ankarada dünyaya gəlib. “Hercai” serialı ilə ulduzu parlayan aktyor Türkiyə mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, anasının davamlı səyləri nəticəsində kino və serial sektoruna qatılmağa qərar verib. Əslində isə Akın Akınözü tamamilə fərqli bir peşə üzrə təhsil alıb. Məşhurun sözlərinə görə, aktyor olmağı heç vaxt arzulamayıb. Amerikada riyaziyyat məzunu olan A.Akınözü anasının təşviqi ilə peşəsini dəyişib. Akın Akınözünün anası Özlem Akınözünün konservatoriyaya daxil olmasını istəyib, amma oğlu riyaziyyatı seçib. Riyaziyyat üzrə magistr dərəcəsini bitirən Akınözü anasının təkidlərindən sonra kino sahəsinə atılmağa qərar verib.

Akınözü ilk dəfə “Möhtəşəm 100 il Kösem” serialında İvan xarakterini canlandırıb. Daha sonra “Arkadaşlar iyidir” və “Payitaht Abdulhəmid” seriallarında rol alıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/281565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR