Məşhur cütlüyün ayrılıq səbəbi bilindi

Məşhur cütlüyün ayrılıq səbəbi bilindi
09:22 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

Rus model İrina Şeyk və aktyor Bredli Kuperin ayrılması dünya mediasının gündəmindədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün 4 illik münasibətlərinə son qoyması haqda müxtəlif versiyalar səsləndirilir.

Bir neçə gün öncə İrinanın evdən əlində çemodanla çıxması paparazzilər tərəfindən görüntülənmişdi.

Onların ayrılığına əsas səbəb kimi Kuperin birlikdə filmə çəkildiyi Leydi Qaqa ilə münasibəti göstərilmişdi.

Ancaq cütlüyə yaxın mənbə bunun doğru olmadığına bildirib.

Onun sözlərinə görə, əsas səbəb İrinanın evlənmək istəməsi, Bredlinin isə buna qarşı çıxması olub.

Qeyd edək ki, cütlüyün bir qızı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR