"Çox pis olmuşuq" - Şəhriyar Rəhimov

"Çox pis olmuşuq" - Şəhriyar Rəhimov
09:47 12 İyun 2019
76 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Rəhimov AÇ-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

Milli.Az xəbər verir ki, Rəhimov oyunu şərh edib:

"Açıq demək lazımdır ki, Slovakiya bizdən daha yüksək səviyyədə futbol oynayır. Onların futbolçuları top klublarda çıxış edir. Düşünürdük ki, mübarizliyimizi göstərib, nəticə qazana bilərik. Təəssüflər olsun ki, alınmadı. Yenə də bu, böyükhesablı məğlubiyyətimizə bəhanə deyil. Doğurdan da, çox pis olmuşuq. Paltardəyişmə otağında heç kimin səsi çıxmırdı. Bu nəticəyə görə Azərbaycan xalqından üzr istəyirik. Ölkəmizi təmsil edirik. Biz də çalışırıq. Əlimizdən gələni edirik ki, haqqımızda xoş fikirlər səslənsin. İstəməzdik ki, azarkeşlər bizim barədə pis fikirləşsinlər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Təəssüf ki, bu gün belə alındı".

Elçin Əlixan
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR